SHIRVAN POULTRY COMPANY
Aktiv vakansiyalar
Satış Məsləhətçisi Vakansiyası
Şirvan Quşçuluq Fabrikası komandamıza qoşulmaq istəyən dinamik və müştəri yönümlü Satış Məsləhətçiləri axtarırıq! Əsas vəzifəniz məhsullarımız haqqında müştərilərə məlumat vermək, satış prosesində dəstək olmaq və müştəri məmnuniyyətini təmin etməkdir. Əgər satış sahəsində təcrübəniz varsa və güclü ünsiyyət bacarığınızla fərqlənirsinizsə, komandamıza qatılın və uğurlarınızı bizimlə birlikdə paylaşın! Cv-nizi office@shirvanpoultry.az e-mail ünvanımıza göndərə vəya zəng edə bilərsiniz


Ofis meneger
Şirvan şəhərində yerləşən ofisimizə kompüter bilikləri olan və Logo Unity proqramında işləməyi bacaran ofis işçisi tələb olunur.
Tələblər
Logo Unity proqramında iş təcrübəsi;
Kompüter bilikləri (Microsoft Office və digər ofis proqramları);
Məsuliyyətli və diqqətli olmaq;
Ofis işlərini vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Əgər bu vakansiya sizin bilik və bacarıqlarınıza uyğundursa, CV-nizi office@shirvanpoultry.az ünvanına göndərin və ya bizimlə əlaqə saxlaya bilərsiniz.